Audi şirkətinin A8 bayraqdar sedanını və A7 Sportback liftbekini təqdim etməsi ilə diqqətlər A6 ailəsinə yönəldilmişdir. Hal-hazırda Audi şirkətinin model xəttində yenilənməyən yeganə modelin A6 sedan və universal olduğu məlumdur.

Bu günlərdə Nürburqrinq trekinin “Şimal ilgəyində” yeni nəsil Audi S6 sedanının testlər zamanı çəkilmiş videogörüntülər Motor1 saytı tərəfindən yayılıbdır. Güclü kamuflyaj ilə örtülmüş sedanın “qaynar” Audi S6 modifikasiyasının prototipinin olduğuna cütlənmiş boruları olan səsboğucu sistem işarə edir. Bir müddət bundan öncə, sedanın Barselona küçələrində çəkilmiş fotoşəkilləri də yayılmışdı.

Eyni zamanda, növbəti nəsil Audi A6 ailəsindən olan avtomobillərin 60 km/saat sürətinə qədər işləyən və bir düyməyə basmaqla aktivləşən avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini məlumdur. Bundan başqa, onlar, yeni A6 modelinin interyerinin bu günlərdə debüt edən Audi A7 Sportback modelinin interyeri ilə bənzərlik daşıyacağı da ehtimal edilir.

Növbəti nəsil Audi A6 modeli, həmçinin, geniş mühərrik çeşidi ilə də təklif ediləcəkdir. Güc aqreqatlarının sırasına qənaətcil dörd silindirli benzin mühərriklərindən başlayaraq səkkiz silindirli dizel mühərriklərinin daxil olacağı söylənilir. Bundan əlavə, Audi A6 modelinin yeni nəsli hibrid və tamamilə elektrik güc aqreqatları ilə də təklif ediləcəkdir.