Opel şirkəti naməlum krossoverin tizerini dərc edib

Bu gün Opel şirkəti naməlum avtomobilin tizerini dərc edib. Ön hissəsi təsvir edilmiş avtomobilin şəklini istehsalçı Twitter sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Dərc edilmiş tizerdəki avtomobil ənənəvi radiator barmaqlığından məhrumdur ki, bu da şəkildəki naməlum krossoverin elektrik güc qurğusu ilə təchiz edildiyindən xəbər verir. Bundan başqa, avtomobil "L" şəkilli işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqlarına malikdir. Bu işıqlar avtomobilin Opel markasına məxsus olduğunu açıq-aydın bildirir. Çox güman ki, qarşımızda alman istehsalçısının gələcək bayraqdar krossoverinin prototipi dayanıbdır.

Bir müddət bundan öncə, alman istehsalçısı Pace! adlı yeni strateji planını açıqlayıb. Opel şirkəti 2020-ci ilə qədər PSA konserninin EMP2 modul platformasında inşa edilən bayraqdar krossoverini buraxmağı planlaşdırır.  Bu zaman müddətində alman istehsalçısı tədricən General Motors şirkətinin texnologiyalarından imtina edərək, PSA qrupunun texnologiyalarından istifadəyə keçməlidir. Bu keçidə yaxın zamanlarda fransız güc aqreqatlarının Opel avtomobillərində quraşdırılması ilə start veriləcəkdir. 

ДРУГИЕ СТАТЬИ