Lotus şirkəti Exige modelinin tarixində olan ən ekstremal variantını təqdim edib. Yeni sportkar Lotus Exige Cup 430 adını alaraq, 60 nüsxədə buraxılmış Cup 380 modifikasiyasını əvəz edib.

Yeni sportkar sələfi kimi Toyota şirkətinin istehsalı olan mexaniki kompressorlu 3,5-litrlik altı silindrli mühərrik və 6-pilləli mexaniki ötürmələr qutusu olə təchiz edilir.  Yeni modifikasiya üçün mühərrikin gücü 380-dən 430 at qüvvəsinə kimi artırılıbdır. Güc aqreqatının fırlanma anı da 440 Nm-ə yüksəldilib.

Ekstremal Exige Cup 430 modeli yerindən 100 km/saat həddini 3,2 saniyəyə sürətlənir ki, bu da Cup 380 modelində olduğundan 0,2 saniyə yeyindir. Sportkarın maksimal sürəti 7 km/saat artaraq 289 km/saata çatıbdır. Yeni sportkar sələfindən bir kiloqram (1056 kiloqram) yüngüldür.

Bundan başqa, sportkar yüksək sürətlərdə 220 kiloqram yerəbasma gücü hasil edən aerodinamik dəstə sahib olub. Lotus Exige Cup 430 modelinin təchizatına Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilən  17- (öndə) və 18-düymlük (arxada) təkər diskləri daxildir. Yeni sportkar Lotus şirkətinin Heteldəki trekinin ən yeyin avtomobili olub. O bu treki 1 dəqiqə 24,8 saniyəyə qət edib ki, bu da trek rodsteri olan 3-Eleven modelinin göstərdiyi zamandan 1,2 saniyə yeyindir.

Sələfindən fərqli olaraq yeni sportkarın buraxılış sayı məhdudlaşdırılmayacaqdır. Almaniyada Lotus Exige Cup 430 modeli 127500 avroya satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt