Infiniti yenilənmiş QX80 modeli təqdim edib

Infiniti şirkəti yenilənmiş QX80 yolsuzluq avtomobilini təqdim edib. Ofroder bu ilin yazında Nyu-York avtosalonunda debüt edən QX80 Monograph konsept avtomobilinin üslubunda hazırlanmış dizayna sahib olub.

Yenilənmiş Infiniti QX80 modelinin kütləvi təqdimat mərasimi 14 noyabrda işinə başlayacaq Dubay avtosalonunda baş tutacaqdır. Restaylinq keçmiş ofroderin ön fənərləri yeni formaya malik olub və bir qədər yüksəkdə yerləşdiriliblər. Yenilənmiş avtomobil yeni arxa fənərlərlə, baqaj qapağına, yenilənmiş radiator barmaqlığına və bamperlərə sahib olub. Avtomobil salonundakı dəyişikliklər cüzi xarakter daşıyır.  Burada işıqlandırılması yenilənmiş cihazlar panelini, başqa stəkanaltıları və multimedia sisteminin daha iri ekranını görmək olar. İnteryerin tərtibat variantları da artıb. 

Bundan başqa, ön qapılar və ön panelin arxasındakı məkanın səs izolyasiyası gücləndirilib.

Texniki cəhətdən dəyişikliklər olmayıb. Infiniti QX80 modeli əvvəlki kimi, 405 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,6-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə ofroder 6,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 210 km/saatdır.

ДРУГИЕ СТАТЬИ