RM Sotheby’s hərrac evi bu ilin 6 dekabrında Ferrari haqqında yazılmış ən bahalı kitabı satışa çıxaracaqdır. 37 kiloqram çəkiyə və 852 səhifəyə malik olan foliantın satışından 175 min dollar əldə etmək planlaşdırılır.

“The Official Ferrari Opus, Diamante Edition” adlı foliant Britaniyanın Kraken Opus nəşriyyatı tərəfindən 2011-ci ildə buraxılıb.

O zaman kitabın qiyməti 275 min dollar təşkil edirdi. Diamante Edition kitabı məhdud sayda buraxılıbdır. Foliantın başlıca xüsusiyyətləri karbonplastikdən olan qın, dəridən hazırlanmış cild və 1500 brilliantla bəzədilən “Şahə qalxan at” nişanıdır. Nişanın bəzədildiyi ağ brilliantların ümumi çəkisi 30 karatdır.

Bundan başqa, kitabın səhifələrini gümüşdən olan naxışlar və bir neçə məşhur Ferrari pilotunun imzaları bəzəyir.

Image alt Image alt Image alt Image alt