Toyota HiLux pikapının səkkizinci nəsli 2015-ci ilin ortalarında işıq üzü görüb. Bütün dünyada populyar olan pikap bir müddət bundan öncə yenilənməyə məruz qalıbdır.

Pikapın eksteryerindəki dəyişikliklər əsasən avtomobilin ön hissədə baş veribdir. Pikap Toyota Tacoma modelinin üslubunda olan heksaqonal radiator barmaqlığına sahib olub. Bundan başqa, ön bamper yeni mərkəzi hava girişinə malik olub, duman əleyhinə fənərlərin haşiyəsinin forması isə dəyişdirilib. Eyni zamanda, Toyota HiLux modelinin təchizat variantına “Rocco” adlandırılan variant da əlavə edilib. Bu modeli kuzova vurulan xüsusi qrafika, qara rəngli elementlər və 18-düymlük təkər diskləri sayəsində ayırd etmək mümkündür.

Toyota HiLux modelinin texniki hissəsi dəyişilməz qalıb. Pikap standart olaraq 150 at qüvvəsinə və 400 Nm fırlanma anına malik olan 2,4-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki qutu ilə birlikdə çalışır. Bundan başqa, pikap 177 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,8-litrlik dizel mühərriki ilə də təklif ediləcəkdir. Əlbəttə ki, azərbaycanlı alıcılara Toyota Land Cruioser Prado modelindən tanış olan 166 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən 2,7-litrlik benzin mühərriki də pikapın mühərrik çeşidinə daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt