Tesla şirkəti özünün ilk elektrik yük avtomobilini təqdim edib. Tesla Semi adlandırılmış yük avtomobilin aerodinamik müqavimət əmsalı 0,36 təşkil edir. Xatırladaq ki, Bugatti Chiron hiperkarında bu rəqəm 0,38 bərabərdir. Tesla Semi avtomobilinin istehsalına 2019-cu ildə başlanacaqdır.

Yük avtomobili arxa oxda yerləşdirilən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun xarakteristikaları açıqlanmasa da, yük avtomobilinin 100 km/saat həddinə beş saniyəyə sürətləndiyi və 805 kilometr yürüş məsafəsinə malik olduğu bildirilib.

Bundan başqa, İlon Mask Tesla Semi modelinin 40 tonluq yedəklə 60 mil/saat (96 km/saat) həddinə 20 saniyəyə sürətləndiyini bildirib. Eyni zamanda, yüklənmiş avtomobil beş dərəcəlik yoxuşda 105 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.

Yük avtomobilinin batareyalarını doldurmaq üçün yüksək sürətli yükləmə stansiyalarından istifadə ediləcəkdir. Stansiyaları yük avtomobillərinin dayanacaqlarında və ABŞ-ın əsas yolları boyu inşa etmək planlaşdırılır. Belə stansiyada 30 dəqiqəlik elektrik yükləmənsi 640 kilometrə qədər məsafəni qət etməyə imkan verir. Tesla Semi avtomobilinin təchizatına avtonom idarəetmə sistemi daxildir ki, bu da bir neçə yük avtomobilinin konvoy şəkilində düzülərək aparıcı avtomobilin arxasınca sərbəst şəkildə hərəkət etməsinə təminat verəcəkdir. Yük avtomobilin sürücü oturacağı kabinanın ortasında yerləşdirilmişdir.

Ön paneldə iki sensorlu displey quraşdırılmışdır ki, onlara da avtomobilin sistemlərinin, naviqasiya və yan müşahidə kameralarından alınan görüntülər əks etdirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt