Volkswagen şirkəti Polo hetçbekinin dördqapılı modifikasiyası olan Virtus sedanını Braziliyada təqdim edib. Sedan hetçbek modelinin istehsal edildiyi MQB modul platformasında inşa edilib və rəqəmsal cihazlar paneli ilə təchiz olub.

Volkswagen Virtus sedanının qabarit uzunluğu 4480 millimetr, eni – 1751 millimetr, hündürlüyü isə 1468 millimetrdir. Sedanın təkər bazasının uzunluğu 2650 millimetrdir. Beləliklə, yeni sedan bizin bazarda satılan Polo sedanından 90 millimetr uzun, 52 milimetr enli və bir millimeter hündürdür. Virtus modelinin təkər bazasının uzunluğu cari modeldən 97 millimetr genişdir.

Virtus modelinin baqaj bölümünün tutumu 521 litr təşkil edir ki, bu da hazırki Polo sedan modelində olduğundan 61 litr çoxdur. Alman şirkəti Virtus modelinin 1,0-litrlik üç silindrli mühərrik ilə təchiz edildiyini açıqlayıb. Etanolla çalışan zaman mühərrik 128 at qüvvəsi, benzin ilə çalışan zaman isə, 115 at qüvvəsi hasil edir. Güc aqreqatının maksimal fırlanma anı 200 Nm-dir. 

Etanolla işləyən sedan 100 km/saat sürətini 9,9 saniyəyə toplayır. Onun maksimal sürəti 194 km/saatdır.

Yeni sedanın təchizatına 10,25-düymlük virtual cihazlar paneli ilə yanaşı, 8,0-düymlük sensorlu ekranı və üç USB-portu olan, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi daxildir. Vitus modelinin elektron köməkçiləri siyahısına yoxuşda tərpənmədə yardım sistemi, differensialın qapanmasının elektron immitasiyası və təkərlərdəki təzyiqə nəzarət sistemi daxil edilibdir.  Volkswagen Virtus modelinin Braziliyadakı satışlarına gələn ilin yanvarında başlanacaqdır.

Sedanın Azərbaycan bazarında satışlarının nə zaman başlayacağı hələlik məlum deyildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt