Bu gün, elan edildiyi kimi, Aston Martin şirkəti yeni nəsil Vantage modelini təqdim edib. Yeni kupe sələfindən 136 kiloqram yüngüldür. Bundan başqa, Vantage modeli bu markanın avtomobillərində ilk dəfə quraşdırılan aktiv elektron differensiala (E-Diff) sahib olub.

Yeni nəsil Aston Martin Vantage kupesi Mercedes-AMG şirkətinin istehsalı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə təchiz edilir. Gün aqreqatı 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edir. Mühərrik ZF şirkətinin istehsalı olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kupe 100 km/saat sürətini 3,6 saniyəyə toplayır və 313 km/saat maksimal sürət həddinə malikdir.

İstehsalçı hələlik Vantage modeli V12 mühərriki ilə təklif edilməyəcəyini bildirib. Yeni modelin satışa çıxmasından bir müddət sonra mexaniki ötürmələr qutusu ilə təchiz edilən modifikasiyası da buraxılacaqdır. Aston Martin şirkətindən, kupenin çəkisini oxlar arasında ideal 50:50 nisbətində bölünməsi və aşağı ağırlıq mərkəzi ilə təmin etmək üçün mühərrikin mümkün qədər aşağıda yerləşdirildiyini və arxaya doğru çəkildiyini bildiriblər.  

Superkar Aston Martin DB11 modelinin təkmilləşdirilmiş alüminium şassisində inşa edilib. Kupenin kuzov elementlərinin 70 faizi sıfırdan hazırlanıbdır. Yeni model 1530 kiloqram çəkiyə malikdir.  Aston Martin Vantage modelinin təchizatına adaptiv asqı sistemi, bir millisaniyə ərzində 100 qapanıb-açıla bilən yüksək sürtünməli arxa differensial daxildir.

Kupenin adaptiv amortizatorları üç rejimə - Sport, Sport Plus və Track, - rejimlərinə malik olacaqdır. Kupe öndə ikiqollu, arxada isə çoxqollu asqı ilə təchiz edilir. Yeni kupe britaniya markasının elektron arxa differensiala (E-Diff) malik olan ilk avtomobilidir. Elektron stabilizasiya sistemi ilə tandemdə çalışan differensial avtomobilin düzlükdə və döngələrdə yüksək sabitliklə təmin edir. 

Aston Martin Vantage modelinin aerodinamikası da yüksək yerəbasma gücünü hasil etməyə köklənmişdir. Avtomobilin ön splitteri hava axınını onun altına yönəldərək burada olan xüsusi kanallar vasitəsi ilə superkarın arxa hissəsinə yönəldir və arxa diffuzora yönəldilən hava axınının kəsintisiz ötürülməsini təmin edir. Yan tərəfdəki hava girişləri ön təkər tağlarında olan hava təzyiqini azaltmağa xidmət edir. 

Kupe xüsusi olaraq bu model üçün işlənib-hazırlanmış Pirelli P-Zero şinləri, 8-düymlük sensorlu displeyi olan multiamedia sistemi Wi-Fi nöqtəsi və opsiya olaraq təklif edilən karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilir.

ABŞ-da yeni Vantage 149,9 min dollara təklif ediləcəkdir. Yeni modelin satışlarına gələn ilin ikinci rübündə başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt