Subaru şirkəti Ascent adlandırılan yeni modelin növbəti tizerini dərc edib. Subaru Tribeca krossoverinin ideoloji davamçısı olan model yeddi oturacağa malikdir ki, bu da dərc olunan tizerdən açıq-aydın görünür.

Subaru Ascent modelinin carçısı olan Viziv-7 SUV konsept avtomobili bu ilin yazında Nyu-York avtosalonunda nümayiş etdirilibdir. Konseptin maraqlı xüsusiyyətlərindən biri rəqəmsal cihazlar paneli və klimat-kontrolun bloku ilə birləşdirilən multimedia sisteminin displey olub. Əgər gəzən şaiyələr doğrudursa, Ascent modeli prototiplə eyni ölçülərə malik olacaqdır. Yeni krossoverin qabarit uzunluğu 5049 millimetr, eni - 1989 millimetr, hündürlüyü isə 1839 millimetr təşkil edəcəkdir.

Ehtimallara görə, Subaru Ascent yeni 2,4-litrlik turbokompressorlu oppozit mühərriki ilə təchiz ediləcəkdir.

Subaru Ascent modelinin rəsmi təqdimat mərasimi bu ayın sonunda fəlaiyyətinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Yeni modelin istehsalı yapon markasının Lafayett şəhərindəki (ABŞ) zavodunda aparılacaqdır. Şimali Amerika bazarında krossoverin satışlarına 2018-ci ildə başlanacaqdır.