Tam elektrik mühərriki ilə təchiz edilən Porsche 911 sportkarı küfr kimi səslənə bilər. Xöşbəxtlikdən Porsche şirkətinin rəhbərliyi eyni fikirdədir və bu məsələdə tələskənliyə yol vermək istəmir.

Alman istehsalçısının «Autocar» nəşrinə müsahibə verən icraçı direktoru Olivye Blum yaxın 10-15 il ərzində Porsche 911 modelinin daxili yanacaq mühərrikini qoruyub-saxlayacağını bildirib. 

«Yaxın 10-15 ilə ərzində 911 modeli daxili yanacaq mühərriki ilə təklif ediləcəkdir. Hazırda bizim güc aqreqatları çeşidində daxili yanacaq mühərriki, plagin hibridlər və elektrik mühərriki mövcuddur.  Gələcəkdə 911 modelinin plagin hibridlə təchiz ediləcəyi gözlənilir, lakin hələlik bu barədə qərar qəbul edilməyib. Porsche 911 modeli bizim əsas silahımızdır və onun sırf idman avtomobili olması vacibdir. Gələcəkdə müştərilərimiz tam elektrik güc aqreqatı ilə hərəkət edən 911 sportkarını görmək istəyərlərsə, biz buna tam hazırıq», - Blum bildirib.

Porsche markasının ilk tam elektrik qurğusu ilə hərəkətə gələn avtomobili, 2019-cu ildə debüt edəcək, Mission E modeli olacaqdır. Ehtimal etmək olar ki, Porsche şirkəti 911 modelinin elektriklə hərəkətə gələn variantını hazırlamaq üçün gərək olan texnologiyalara yaxin iki ildə yiyələnəcəkdir. Buna baxmayaraq, alman istehsalçısı müştərilərinin bu sahədəki əhval-ruhiyyəsini diqqətlə izləyir və yalnız çoxsaylı tələblər olduğu halda Porsche 911 sportkarını elektrik ötürməsinə keçirəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt