Mini şirkəti və X-Raid yarış komandası ilk dəfə olaraq “Dakar” marafonunda çıxış etmək üçün iki avtomobil hazırlayıb. Onlardan biri istehsalçının bu günə qədər bu yarışlarda istifadə etmədiyi baqqidir.

X-Raid komandasından bildirildiyinə görə, baqqinin inşasına səbəb, yeni texniki reqlamentin  monoötürməli avtomobillərə verdiyi kiçik üstünlükdür. Komandanın rəhbəri Stiven Uandt belə bir avtomobilin yaradılması layihəsini X-Raid komandasının tarixində olan ən iri və ən mürəkkəb lahiyə adlandarılıb.

Mini John Cooper Works baqqisi 340 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altı silindrli dizel mühərriki ilə təchiz edilib. Avtomobilin əsasını borulardan hazırlanan rama təşkil edir. Bu ramaya karbonplastik və kevlarla möhkəmləndirilmiş kuzov panelləri bərkidilir.

Bu günə qədər baqqi Macarıstan və Mərakeşdə keçirilən sınaqlarda iştirak edibdir. Onunla bərabər, sınaqlarda  böyük gedişi olan təkmilləşdirilmiş asqıya sahib olan Mini yolsuzluq avtomobili də iştirak edib. Baqqi ilə eyni mühərrikə sahib olan ofroderin çəkisi də azaldılıbdır.

Dakar marafonunda üç Mini baqqisi iştirak edəcəkdir ki, onları da Mikko Hirvonen, Brays Menzis və Yazid əl Raci idarə edəcəkdirlər. Eyni zamanda, yarışa dörd ədəd Mini John Cooper Works Rally ofroderi qatılacaqdır. Ofroderləri Orlando Terranova, Nani Roma, Yakub Prjiqonski və Boris Qarafuliç idarə edəcəkdirlər.

“Dakar” rallisində Mini avtomobillərində çıxış edən X-Raid komandası 2012- 2015-ci illər arasında avtomobillər kateqoriyasında qalib olubdur. 2017-ci ildə komanda ümumi birincilikdə altıncı olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt