Bentley şirkətinin tərkib hissəsi olan Mulliner atelyesi məşhur silah manufakturası Purdey ilə birlikdə xüsusi Bentayga krossoverini hazırlayıb. Bentley Bentayga Field Sports adlandırılan və yeganə nüsxədə buraxılmış krossover ov həvəskarlarına ünvanlanıb.

İki dəbdəbəli britaniya brendi detallara olan diqqətli münasibəti və incə işi ilə dünyada məşhurlaşıbdırlar. Bu səbəbdən də, xüsusi krossoverin tərtibatında ən kefiyyətli materiallardan və aksessuarlar çeşidindən istifadə edilibdir. Üstəlik, Purdey kimi məşhur brendin bu layihədə iştirakı yaradılan avtomobilin unikallığından xəbər verir.

Purdey manufakturasında hər yeni silah sifarişinin hazırlanmasına iki il vaxt tələb olunur. Bütün işlər tamamilə əllə aparılır və hər bir lülə dörd min düym nisbətində dəqiqliklə emaldan keçir. Detalla olan belə bir yüksək diqqət Purdey markasını Bentley brendi üçün ideal tərəfdaş edir.

Yeganə nüsxədə hazırlanan Bentley Bentayga Field Sports krossoverinin baqaj bölümündə ov aksessuarlarını, binokl, içkiləri və müxtəlif əşyaları saxlamaq üçün iki açılan bölümə malik olan xüsusi dolab yerləşdirilib. Bundan başqa, avtomobilin avadanlığına tüfəngləri saxlamaq və daşımaq üçün dəridən hazırlanmış xüsusi silah qabı da daxildir.

Eyni zamanda, avtomobilin sahibi Purdey istehsalı olan zərif çantaya və onun içində saxlanılan yataq torbasına, gödəkçəyə, sukeçirməyən plaşa, palto, çəkmələrə və getrlərə sahib olacaqdır.

Bentayga 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olan 6,0-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Səkkiz diapazonlu ZF firmasının avtomatik sürətlər qutusu birgə çalışan turbomühərrik dəbdəbəli krossoveri 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir. Bentayga modelinin maksimal sürəti 301 km/saata bərabərdir.

Bentley Bentayga həmçinin, 4,0-litrlik səkkiz silindrli dizel mühərriki ilə də təklif edilir. Bu aqreqat 435 at qüvvəsi və 900 Nm fırlanma anına malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt