Bir neçə gün bundan öncə təqdim edilən Aston Martin Vantage kupesinin yeni nəsli britaniya istehsalçısının bestsellerinə çevrilməyə namizəddir.

Şirkətdən verilən məlumata əsasən, yeni Vantage modelinin 2018-ci ildə istehsal ediləcək bütün nüsxələri artıq satılıbdır. Automotive News nəşrinin bildirdiyinə görə, Aston Martin şirkəti bir həftə ərzində, gələn il buraxılması planlaşdırılan avtomobillərinin 80 fazini satıb. Nəzərə alsaq ki, Vantage modelinin ABŞ-dakı satış qiyməti 150 min dollar təşkil edir, bu çox əla göstəricidir.

«Bizim istehsal edəcəyimiz avtomobillərin əksər hissəsi artıq satılıbdır, - şirkətin rəhbəri Əndi Palmer Automotive News nəşrinə bildirib. - Yeni Vantage modelinin başlıca məqsədi brend üçün yeni müştərilərin cəlb edilməsidir. Bu insanlar Porsche 911 kimi sportkarlarla maraqlanan şəxslərdir. Bu Vatntage modelini brendin digər modellərindən fərqləndirən cəhətdir». 

Image alt Image alt Image alt Image alt