“Autocar” nəşri Mercedes-Benz şirkətindəki mənbələrindən, Porsche Panamera modelinin rəqibi olan Mercedes-AMG GT beşqapılı liftbeki haqqında məlumatları əldə edib. Xatırladaq ki, “bərkgedən” hetçbekin konseptual variantı bu ilin yazında Cenevrə avtosalonunda nümayiş etdirilmişdi.

Mənbənin verdiyi məlumata əsasən, avtomobilin seriya variantının təqdimatı gələn il elə həmin Cenevrə avtosalonunda baş tutacaqdır. İlk seriya modeli gələn ilin sentyabr ayında dilerlərin şourumlarında nümayiş etdiriləcəkdirlər. “Bərkgedən” Mercedes-AMG E63 S 4Matic+ sedanının şassisində inşa edilən hetçbek 612 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır.

2019-cu ildə avtomobilin hibrid güc aqreqatı ilə təchiz edilən modifikasiyaları işıq üzü görməlidir. Ən maraqlısı odur ki, hibrid hetçbek üç variantda təklif ediləcəkdir. Bütün modifikasiyalar GT hetçbekinin  şassisinə və arxa oxda quraqşdırılan elektrik mühərrikinə sahib olacaqdırlar. Elektromotor arxada yerləşdirilən batareyalar dəstindən qidalanacaqdır. Hibrid modifikasiyalar arasında fərq yalnız elektromotorun gücündə və batareyaların tutumunda olacaqdır.

Hibridin baza variantı ümumi gücü 680 at qüvvəsi olan güc qurğusu ilə təchiz ediləcəkdir. Hibrid hetçbekin baza variantı elektrik ötürməsi ilə 30 kilometr məsafə qət edəcəkdir. Hetçbekin digər variantı müvafiq olaraq, 748 at qüvvəsinə və 40 kilometr, və nəhayət onun top-variantı 816 at qüvvəsinə və 50 kilometr yürüyüş məsafəsinə malik olacaqdır. Hibrid avtomobilin yüksək yüngüllüklü batareyaları və EQ Power+ adını almış hibrid transmissiyası High Performance Powertrains şirkəti tərəfindən hazırlanacaqdır.

Bu şirkəti alman istehsalçısının F1 zavod komandası üçün güc qurğularını istehsal edir.

Bundan başqa, HPP şirkəti Mercedes-AMG Project One hiperkarının texniki hissəsinin hazırlanmasına  cavabdeh olub. Eyni zamanda, High Performance Powertrains şirkəti Formula E seriyasında debüt edəcək Mercedes zavod komandası üçün bolidi də inşa edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt