Land Rover şirkəti yenilənmiş Range Rover modelinin SVAutobiography top-modifikasiyasını təqdim edib. Avtomobilin ən maraqlı xüsusiyyətlərindən biri elektrik ötürməsi ilə açılan arxa qapılarıdır.

Qapıları açmaq üçün arxa oturacaqların arasında yerləşən konsolda olan düymələrdən istifadə etmək gərəkdir. Uzun bazalı ofroder başqa doldurucusu olan arxa oturacaqlar ilə təchiz edilir. Oturacaqlar elektrik  ötürməsi ilə tənzimlənir və onların kürəkləri isə 40 dərəcə əyilir. Bundan başqa, oturacaqlar massaj və isitmə funksiyasına, həmçinin isti daşlar effektinə sahib olubdurlar.

Arxa cərgədə ayaq zonasında 1,2 metrlik məkan mövcuddur. Bundan başqa, ofroder arxa sərnişinlər üçün nəzərdə tutulmuş iki 10-düymlük displey, iki şüşə yerləşən dirsəkaltındakı soyuducu, elektrik ötürməli iki masa və Zenith firmasının saatı ilə təchiz edilib. İlk dəfə olaraq, ofroder baqajın əlçatmaz hissəsinə əşyaların yüklənməsini və boşaldılmasını asanlaşdıran hərəkət edən panel ilə təchiz edilib.

Yenilənmiş Range Rover SVAutobiograpy üç güc qurğusu ilə təklif ediləcəkdir. Bunlar 339 at qüvvəsi hasil edən 4,4-litrlik dizel, 404 at qüvvəli hibrid güc qurğusu və 565 at qüvvəli 5,0-litrlik kompressorlu V8 benzin mühərrikidir. Yenilənmiş ofroderin təqimatı 29 noyabr tarixində Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Böyük Britaniyada avtomobilin satış qiyməti 167850 - 177030 funt-sterlinq arasında olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt