Jaguar XE SV Project 8 “qaynar” sedan,ı Nürburqrinqin ümumi yollar üçün nəzərdə tutulan ən yeyin sedanı olub. 300 nüsxədə buraxılan sedan yarış trekindəki dövrəni 7 dəqiqə 21,23 saniyəyə başa vurub. Bu göstərici əvvəlki rekordsmen olan Alfa Romeo Giulia Quadrifoglio sedanın nəticəsində 11 saniyə yeyindir.

Rekord zamanını qeydə alan vaxt, avtomobilin sükanı arxasında BTCC və WTCC seriyalarının eks-pilotu belçikalı Vinsent Radermeker olub. Dövrə zamanı avtomobildə idarəetmə elektronikasının trek rejimi aktivləşdirilibmiş. İstehsalçı standart Michelin Pilot Sport Cup 2 şinlərindən istifadə edib. "Qaynar" sedan Jaguar Land Rover alyansının Special Vehicle Operations (SVO) bölməsi tərəfindən hazırlanıb. Sedan karbondan hazırlanmış bamper, kapot, 19 millimetr genişləndirilmiş ön qanadları, yan “ətəkləri”, tənzimlənən ön splitteri, arxa diffuzoru və iki vəziyyətdə tənzimlənən arxa antiqanadı əldə edib.

Əlavə olaraq, sedan 55 millimetr genişləndirilmiş və alüminiumdan hazırlanmış  arxa qanadlara, arxa qapılara, həmçinin tam hamar altlığa sahib olub.  Ən güclü Jaguar beş litrlik kompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir.

Güc aqreqatı 600 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu, həmçinin aktiv differensialı və elektron idarəetməsi olan tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə sedan 3.3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saatdı

Avtomobil 1745 kiloqram çəkiyə malikdir.  Çəkiyə qənaət etmək üçün, karbon və alüminium panellərlə yanaşı, titandan hazırlanmış buraxılış sistemi, maqnezium qarışığından düzəldilən oturacaq karkaslarından,  saxsı diyircəyindən və silisium nitridindən hazırlanmış təkər disklərindən istifadə edilib. Bunlar öz növbəsində ressoraltı çəkini azalmağa imkan verib.

Sedan öndə 265/35, arxada isə 305/30 şinləri ilə təchiz edilmiş 20-düymlük təkər diskləri ilə təchiz edilib. Lakin, bu hələ də son deyildir. Jaguar XE SV Procejt 8 modelini trek idman dəsti ilə təchiz edərək daha da yüngülləşdirmək mümkündür. Belə avtomobillərdə arxa oturacaqlardan imtina edilərək və öndə dördnöqtəli təhlükəsizlik kəmərləri olan karbon oturacaqlar quraşdırılacaqdır.

Nürburqrinqin ən yeyin sedanı Prodrive şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış Subaru WRX STI Type RA NBR Special modelidir. Ümumi yollarda istismarına icazə verilməyən bu avtomobil treki 6 dəqiqə 57,5 saniyəyə qət edib. “Şimal ilgəyinin” ən sürətli avtomobili isə, 6 dəqiqə 47,25 saniyə zamanla son nəsil Porsche 911 GT2 RS sportkarıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt