2025-ci ildə Porsche şirkətinin satışlarının yarısını hibridlər və elektromobillər təşkil edəcəkdir. Bu barədə, Green Car Reports nəşrinə müsahibə verən Porshce North Amerika nümayəndəliyinin rəhbəri Klaus Zellner bildirib.

Yüksək vəzifəli idarəçi 2025-ci ildə alman markasının satışlarının yarısının hibridlərin təşkil edəcəyini söyləyib. Onun sözlərinə görə, ilk zamanlarda satılan hibridlərinin 70-75 faizini qoşulan hibridlər (plug-in hybrids) təşkil etsə də, sonradan yollardakı elektrik batareyası ilə hərəkət edən avtomobillərin sayı artacaqdır.

Porsche şirkətinin elektrik nəqliyyat vasitələrinin ilk nümayəndəsi Mission E modeli olacaqdır. Zellner bu modelin iki modifikasiyada buraxılacağını da bildirib. Onun sözlərinə görə, bu elektromobilləridən biri, batareyanın tutumunun 80 faizini 20 dəqiqə ərzində dolduran, yeyin yükləmə qurğusuna malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə qurğular ilkin olaraq alman markasının Amerika Birləşmiş Ştatlarındakı 189 diler mərkəzində quraşdırılacaqdır.

Zellnerin bildirdiyinə görə, Volkswagen qrupu ABŞ-da elektrik yükləmə stansiyaları şəbəkəsinin yaradılmasına 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Eyni zamanda, Porsche şirkəti Tesla şirkəti kimi mehmanxana, restoran və digər ictimai obyektlərdə yeyin yükləmə qurğularını quraşdıracaqdır.