Jaguar i-Pace modelinin xüsusi sınaqlarını keçirib

Jaguar şirkəti i-Pace elektrik krossoverinin yol sınaqlarının son mərhələsinə başlayıb. Şirkətin mühəndisi elektromobilin potensial alıcısı ilə birlikdə qərbi Kaliforniyanın sahil boyu səfər edərək, elektromobilin real yürüş ehtiyatını müəyyən edib.

Testlərdə Jaguar şirkətini mühəndis Saymon Patel təmsil edib. Onunla birlikdə sınaqlarda Los-Anjeles şəhərinin sakini Pasadena Enn Voy iştirak edib. Qadın şirkətə müraciət edərək, i-Pace modelinin onun sevimli marşrutu üzrə məsafəni qət etmək imkanına malik olması barədə sorğu göndərib. Nəticədə istehsalçı Pasadenanı sınaqlara dəvət edərək, ona bu məsələni şəxsən aydınlaşdırmaq imkanı verib.

Prototip dolu batareyalar ilə Los-Anjelesdəki Bulvar Sansetdən San-Luis-Obispo dairəsinin Morro Bey qəsəbəsinə kimi olan 320 kilometrlik məsafəni qət edib. Bununla belə, Patelin sözlərinə görə, səyahəti davam etdirmək üçün batareyalarda kifayət qədər elektrik enerjisi qalıb.

Jaguar i-Pace modelinin prototipi bir bundan əvvəl Los-Anjeles avtosalonunda təqdim edilib. Elektromobil modul platformasında inşa edilib. O, ümumi gücü 400 at qüvvəsi olan iki elektromotora və 90 kilovat-saatlıq litium-ion batareyalar dəstinə malikdir.  Jaguar nümayəndələri elektromobilin dolu batareyalar ilə 500 kilometr qət edəcəyini iddia edirlər.

ДРУГИЕ СТАТЬИ