PSA Peugeot Citroen qrupu şəhərdə və şəhərətrafı rayonlarda istifadə etmək üçün üçtəkərli konseptual hibridi nümayiş etdirib. Konsept, yüngül elektrik nəqliyyat vasitələri sahəsində çalışmaları həyata keçirən Efficient Urban Light Vehicle (EU-LIVE) konsorsiumunun üzvlüyü çərçivəsində hazırlanıbdır.

Konseptin əsas xüsusiyyəti yana əyilmələri idarə edən hidravlik sistemin olmasıdır. Təqdim edilən nəqliyyat vasitəsinin uzunluğu 2,4 metr, eni isə 0,85 metrdir. Konsept Peugeot skuterindən alınmış 42 at qüvvəli benzin mühərriki, təkərlərə quraşdırılan iki elektromotor və əyləcləmə zamanı enerjini rekuperasiya etmə funksiyası olan Samsung istehsalı 48-voltluq batareya ilə təchiz edilir. 70 km/saat həddinə kimi sürətlərdə maşın yalnız elektrik ötürməsi ilə hərəkət edir. 70 – 130 km/saat arasında sürətlərdə benzin mühərriki qoşulur.

Üçtəkərli hibridin yürüş ehtiyatı 300 kilometrdir. Onun maksimal sürəti 130 km/saatdır.

Konsept, döngələrdə idarəetməni yaxşılaşdırmaq məqsədi ilə  kuzovu yana əyən mexanizmlə təchiz edilir.

Vəziyyətə hidropnevmatik asqı və hidravlik aktuatorlardan ibarət olan patentləşdirilmiş yana əyilmələrə nəzarət sistemi nəzarət edir. EU-LIVE konsorsiumuna altı ölkədən olan 12 şirkət daxildir. Onların arasında yeganə avtomobil istehsalçısı olan PSA Peugeot Citroen qrupudur.

Üçtəkərli maşın, meqapolislər üçün “yaşıl” nəqliyyat vasitələrinin hazırlanmasını nəzərdə tutan Horizon 2020 GV5 proqramı çərçivəsində yaradılıbdır.

Image alt Image alt Image alt Image alt Image alt