“Auto Express” nəşrinin bildirdiyinə görə, yenidən həyata qaytarılan Apline markasının ilk modeli olan A110 kupesi “qaynar” modifikasiyaya sahib olacaqdır. 305 at qüvvəli mühərriklə hərəkətə gələcək avtomobil, A110 Sport adlandırılacaqdır.

Fransız markası, gücləndirilmiş 1,8-litrlik turbomühərrikə sahib olacaq “qaynar” modifikasiyanın çəkisini ciddi şəkildə azatmağı düşünür. Sadələşdirilmiş interyer tərtibatı sayəsində yeni modifikasiya adi Alpine A110 modelindən 50 kiloqram yüngül olacaqdır. Modelin çəkisi təqribən 1050 kiloqram olmalıdır. Şirkətdən sportkarın 15-20 faiz daha sərt asqıya malik olacağını da bildiriblər.

Bundan başqa, Alpine mütəxəssisləri robotlaşdırılmış ötürmələr qutusunu, sükan mexanizmini və stabilizasiya sistemini yenidən tənzimləyəcək, həmçinin yeni buraxılış sistemini quraşdıracaqdırlar. Yeganə dəyişməyən əyləc sistemi olacaqdır. Alpine A110 Sport modifikasiyası 2018-ci ilin yayında işıq üzü görməlidir. Bu modifikasiya adi kupedən 10-15% baha olmalıdır. Adi Alpine A110 modeli 58,5 min avrodan başlayan qiymətlərlə satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt