Toyota, Nissan və Honda şirkətləri hidrogendoldurma stansiyaları şəbəkəsini yaradacaq yeni şirkəti təsis ediblər. Bu ittifaqa infrastrukturun inkişafına cavabdeh olacaq JXTG Nippon Oil & Enegy Corporation, Idemitsu Kosan, Iwatani Corporation, Tokyo Gas və Air Liquide Japan Ltd şırkətləri də daxildir. Toyota Tsusho Corporation və Development Bank of Japan bu layihənin maliyyə tərəfdaşlarıdır.

Adı məlum olmayan şirkət 2018-ci ilin yazında fəaliyyətə başlayacaqdır. Elə həmin şirkət də, Yaponiyadakı hidrogendoldurma stansiyalarının inkişaf planını formalaşdıracaqdır. Firma qaşısına qoyduğu hədəflərə yaxın 10 il ərzində çatmalıdır. Hidrogendoldurma stansiyaları şəbəkəsinin inkişaf planının ilk fazası çərçivəsində, birgə müəssisənin fəaliyyətə başlamasından sonrakı dörd il ərzində  ölkədə 80 belə stansiya inşa edilməlidir. Yapon hakimiyyətinin planlarına görə, 2020-ci ildə ölkədə 160 belə komplekslər və 40 min hidrogenlə çalışan avtomobil olmalıdır.

Layihəyə qoyulacaq sərmayənin məbləği açıqlanmayıb.