Şkoda rallidəki qələbəsinə xüsusi seriya həsr edib

Şkoda şirkəti dünya ralli çempionatının WRC2 kateqoriyasındakı qələbələrini qeyd etmək üçün Fabia hetçbekinin xüsusi modifikasiyasını buraxıb. Bu mövsümdə çex istehsalçısı komanda və pilotlar birinciliklərində çempion titulunu qazanıb.

Şkoda Fabia Edition R5 avtomobili 125 at qüvvəsi hasil edən 1,4-litrlik benzin mühərriki və yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Hetçbek 100 km/saat həddini 8,8 saniyəyə toplayır və 203 km/saat maksimal sürətə malikdir. Xüsusi versiyanın güc aqreqatı adi hetçbekin mühərrikindən fərqlənmədiyi halda, Fabia Edition R5 klirensi azaldılmış idman asqısı və daha güclü səsi olan buraxılış sistemini əldə edib.

Xüsusi seriyadan olan hetçbeklər yalnız qara rəngli damı olan ağ rəngli kuzova malik olacaqdırlar. Bundan başqa, avtomobilin qanadlarına “WRC2 2017 champion” yazıları həkk ediləcəkdir. Xüsusi seriyadan olan hetçbekləri yaşıl, qara və ya ağ rəngə boyanmış 17-düymlük təkər diskləri ilə sifariş etmək olar.

Cəmi 1300 ədəd Şkoda Fabia Edition R5 modeli buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillərin satışına gələn ilin fevralında başlanacaqdır. Avtomobil 21 ölkədə satılacaqdır.

ДРУГИЕ СТАТЬИ