McLaren şirkəti Senna superkarının sonuncu nüsxəsini markanın müştəriləri arasında təşkil edilən hərracda iki milyon funt-sterlinqə satıb. Sonuncu modelin qiyməti, McLaren Senna superkarının digər nüsxələrinin qiymətindən üç dəfə çoxdur.

Xatırladaq ki, qiyməti 750 min funt-sterliq olan avtomobillərin hər biri modelin debütündən öncə satılıb. Sonuncu McLaren Senna modelinin satışından əldə edilən vəsait braziliyalı əfsanənin bacısının başçılıq etdiyi Instituto Ayrton Senna xeyriyyə təşkilatına yönəldiləcəkdir. İnstitut gənc braziliyalılara təhsil almaları üçün köməklik edir.

Superkar 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli iki miftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Avtomobilin dinamik xarakteristikaları istehsalçı tərəfində gələn ilin yanvar ayında açıqlanacaqdır. Cəmi 500 ədəd McLaren Senna superkarı buraxılacaqdır.