Toyota LC Prado Tesla Model X krossoveri ilə "dartışıb"

Tesla Model X və Toyota Land Cruiser Prado modelləri kanat dartmaq yarışına giriblər. Yarışdan çəkilən videoçarx YouTube kanalında dərc edilib.

Yarışmada iştirak edən Tesla Model X krossoveri P90D modifikasiyasında olub. Krossover ümumi gücü 762 at qüvvəsi və 970 Nm fırlanma anı olan iki elektromühərriklə hərəkətə gəlir. Avtomobilin çəkisi 2600 kiloqramdır. Elektrokarın rəqibi olan Toyota Land Cruiser Prado ofroderi 173 at qüvvəsi və 410 Nm fırlanma anı hasil edən 2,7-litrlik dizel mühərriki ilə təchiz edilib. Toyota LC Prado modelinin çəkisi 2200 kiloqramdır. Videoçarxda qeyd edildiyi kimi, Model X krossoveri tikanlı Nokian şinləri, Prado isə “friksiyon” şinləri ilə təchiz edilibmiş. Dartmadan sonra, Prado modelinin sönərək bir müddət işə düşməyib. 

Hər halda, Toyota LC Prado modelinin rəqibinə qarşı daha zəif imkanlara malik olmasını da nəzərə almaq gərəkdir. Yəni, qüvvələr nisbəti bərabər olmayıb.

ДРУГИЕ СТАТЬИ