"Smoki" Naqatanın Toyota Supra kupesi satışa çıxarılacaq

Yaponiyanın BH Auction hərrac evi gələn ilin yanvar ayında V12 mühərriki olan unikal Toyota Supra modelini satışa çıxaracaqdır.

Bu avtomobil məşhur tüner və Top Secret atelyesinin banisi Kazuxiko “Smoki” Naqata tərəfindən yaradılıbdır. Kupenin təchiz edildiyi 3,0-litrlik 2JZ-GTE mühərrikini, Toyota Centry sedanının V12 mühərriki ilə əvəz edilib.

Xüsusi olaraq hazırlanmış giriş kollektoru və iki HKS turbokompressoru ilə təchiz edilmiş mühərrik 1000 at qüvvəsi və 1010 Nm fırlanma anı hasil edir. Güc aqreqatı altı pilləli Getrag mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.

Kupe, həmçinin Top Secret aerodinamik kuzov dəstinə, dalğavari reduktorları olan Aragosta asqısına, Roberuta yarış amortizatorlarına, səkkizporşenli əyləc mexanizmlərinə, karbondan kapota və arxa antiqanada sahib olub. Toyota Supra tüninq atelyesinin firma rəngi olan qızılı rəngə boyanıb. Sportkar sürət yarışları üçün hazırlanıb və 321 km/saat həddinə sürətlənmək hədəf kimi qəbil edilmişdi. Böyük Britaniyadakı A1 trassında “Smoki” Naqata 317 km/saat həddinə qədər sürətlənib. Bundan sonra o polis tərəfindən həbs edilərək bir neçə gün həbsxanada keçirməli olub.

Sonradan avtomobil Yeni Zelandiyada və İtaliyada bir neçə rekorda imza atıb. Belə ki, Nardo trekində avtomobil 358 km/saat həddinə kimi sürətlənib.

ДРУГИЕ СТАТЬИ