Cəsuslar yeni nəsil VW Touareg modelini kamuflyajsız yaxalayıblar

Bu günlərdə Motor1 saytının sərəncamına yeni nəsil Volkswagen Touareg modelinin cəsus fotoşəkilləri daxil olub. Avtomobil reklam materiallarının çəkilişi zamanı yaxalanıbdır. Təsvirlərdən də göründüyü kimi, yeni nəsil Touareg modeli T-Prime GTE konseptinin üslubunda inşa edilibdir. Bu konsept keçən ilin yazında Pekində keçirilmiş avtosalonda nümayiş etdirilmişdir.

Xatırladaq ki, bir müddət bundan əvvəl yeni krossoverin zahiri görkəmi, əldə edilmiş patent təsvirləri sayəsində açıqlanmışdır. Yeni Touareg modelinin eksteryerindəki dizayn elementləri, bir müddət bundan öncə göstərilmiş T-Prime Concept GTE modelindəki elementlər ilə bənzərlik daşıyır.

Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Xatırlatmaq istərdik ki, bu platformadan Audi Q7, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne modellərinin istehsalında istifadə edilir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır. Saiyələrə görə, yeni avtomobil üç litrlik 270 at qüvvəli dizel və eyni həcmli 340 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan başqa, tərkibinə 252 at qüvvəli dörd silindirli benzin mühərriki və 100 kilovattlıq elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir.

Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.

ДРУГИЕ СТАТЬИ