Jeep şirkəti yenilənmiş Cherokee krossoverini təqdim edib. Amerikan şirkətinin dizaynerləri avtomobilin ön hissənin qeyri-adi dizaynından imtina edərək, modelin görkəmini daha «mülayim» ediblər. Yenilənmiş krossoverin təqdimatı gələn ilin yanvar ayında fəaliyyətinə başlayacaq Detroyt avtosalonunda baş tutacaqdır.

Bununla belə, avtomobil haqqında ətraflı məlumat verilməyib. Şirkətdən yeni dizaynın «daha autentik» və «premial» olduğunu vurğulayaraq, yenilənmiş modelin daha qənaətcil mühərriklərlə təchiz ediləcəyini bildiriblər. 

Cari Jeep Cherokee modeli 2013-cü ildə debüt edib. Ofroder xarakterini krossoverə dəyişən avtomobil Dodge Dart modelinin platformasında yaradılıbdır. Eyni zamanda, Cherokee üçün bir neçə tam çəkiş sistemi təklif edilir. Krossoverin güclü yolsuzluq üçün nəzərdə tutulan Trailhawk modifikasiyasında muftanın məcburi qapanması, aşağı pilələr sırasıi və arxa differensialın qapanması olan tam ötürmə sistemi quraşdırılır.

Modelin təqdimatından sonra, istehsalçı marka həvəskarlarından tənqidi məktublar almağa başlayıb. Onlardan biri avtomobili 1 aprel zarafatı kimi səciyyələndirib. İstehsalçı isə, modelin dizaynının 2019-cu ili hədəf aldığını bildirib.

Lakin, tənqidlərə davam gətirməyən istehsalçı vaxtından əvvəl qərarını dəyişməyə məcbur olub.

Image alt Image alt Image alt Image alt