Mini hetçbek və kabrioletləri yeddi pilləli iki "yaş" muftası olan robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Hazırda Mini Aisin şirkətinin istehsalı olan altı pilləli avtomatik ötürmələr qutusundan istifadə edir.

"Robot" altı pilləli mexaniki ötürmələr qutusuna alternativ olaraq təklif ediləcəkdir. Qutu elektron selektora malikdir - dəstək "R", "N" və "D" nöqtələrində qeydə alınmır, "parking" funksiyası isə ayrıca düymə ilə işə salınır. Yeni transmissiya  Start/Stop sistemi ilə birlikdə çalışır, onun iş rejimi isə yol şəraitinə avtomatik olaraq uyğunlaşır.

Elektronika GPS məlumatlarını izləyərək gərək olan pilləni seçir və onu dəyişmədən saxlayır. Məsələn, döngəyə yaxnlaşan zaman qutu əvvəlcədən aşağı pilləni seçir, bir neçə ardıcıl döngə olarsa, pilləni virajlar bitmədən dəyişmir. Britaniya istehsalçısı, həmçinin qutunu tıxaclarda rəvan işləyəcəyini və ənənəvi avtomatik qutudan seçilməyəcəyini də bildirib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt