Infiniti Detroytda ilk elektrokarının carçısını göstərəcək

Infiniti şirkəti yanvar ayında işinə başlayacaq Detroyt avtosalonunda nümayiş etdirəcəyi konseptual elektrik sedanının ilk tizerini dərc edib.

Marka nümayəndələrinin bildirdiyinə görə, konsept yeni avtomobillər nəslinin carçısı olacaq və gələcək modellərin dizayn üslubunu nümayiş etdirəcəkdir. Sentyabr ayında Infiniti seriya elektromobilini inşa edəcəyi barədə bəyanat verib. Üstəlik bu avtomobil mövcud olan modellərin elektrik varinatı deyil, əksinə tamamilə yeni model olacaqdır. Eyni zamanda, bu avtomobil üçün Nissan Leaf modelinin platforması ilə əlaqəsi olmayan yeni platforma yaradılacaqdır.

İlk seriya Infiniti elektrokarı 2019-cu ildə işıq üzü görəcəkdir.

ДРУГИЕ СТАТЬИ