Vilner atelyesi Toyota Land Cruiser modelini BMW oturacaqları ilə təchiz edib

Bolqarıstanda yerləşən Vilner tüninq atelyesi Toyota Land Cruiser yolsuzluq avtomobilinin interyerini yenidən tərtib edib. Tünerlər ofroderi BMW 5-Series (E60) modelinin oturacaqları ilə təchiz ediblər.

Avtomobilin salonunun tərtibatına onlarla metr tünd qırmızı rəngli dəri və alkantara sərf edilib. Qeyd etmək gərəkdir ki, dəridən nəinki oturacaqların özlərini, hətta tənzimləmə düymələri olan əsasını da üzləməkdə istifadə olunub. Tünerlər sükan çarxını da təkmilləşdiriblər.

Sükan yeni profilə, barmaqlar üçün yerə sahib olub və qara dəri ilə örtülüb. Bundan başqa, Vilner interyerin üslubunda hazırlanmış çanta da hazırlayıb. Çantanın çiyin kəməri təhlükəsizlik kəmərləri ilə eyni parçadan, toqqaları karbondan, dəstəyi isə karbonu təqlid edən dəridən hazırlanıb. 

ДРУГИЕ СТАТЬИ