Volvo şirkəti buraxacağı elektrokarlar üçün iki növ batareya təklif edəcəkdir: standart və artırılmış tutumlu. Bu barədə isveç istehsalçısının tədqiqatlar və işləmələr şöbəsinin başçısı Henrik Qrinə istinadən "Auto Express" nəşri məlumat yayıb.

"Hər bir elektrokar üçün biz ən azı iki növ batareya təklif edəcəyik. Baza variantı ucuz olsa da onun məhdud gedi. ehtiyatı olacaqdır. Böyük gediş ehtiyatı və yüksək gücü olan variant da olacaqdır - əlbəttə ki, böyük pul qarşılığında", - Qrin bəyan edib.

"Auto Express" nəşri Volvo markasının ilk elektromobilinin CMA modul platformasında inşa ediləcəyini bildirib. Hazırda bu platformadan XC40 krossoverinin istehsalında istifadə olunur. Elektrokar Polestar markası altında istehsal ediləcəkdir.

Bu, "bərkgedən" sedan olacaqdır ki, o da 2019-cu ilin ikinci yarısında işıq üzü görəcəkdir.

Qrin həmçinin CMA platformasında V40 hetçbekinin sələfinin də inşa ediləcəyini bildirib. Bu model BMW 1-Series, Audi A3 və Mercedes-Benz A-Class modelləri ilə rəqabət aparacaqdır. Hetçbekin mühərrik çeşidinə dörd silindrli turbodizellər, üç və dörd silindrli benzin turbomühərrikləri daxil olacaqdır. Hibrid və tam elektrik modifikasiyasının buraxılacağı da istisna edilmir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt