Barrett-Jackson hərrac evinin satışlarına yeni nəsil “bərkgedən” Chevrolet Corvette ZR1 superkarının ilk nüsxəsi çıxarılacaqdır. Hərrac 13-21 yanvar arasında keçiriləcəkdir.

Corvette ZR1 superkarı bir neçə gün bundan öncə Dubayda keçirilən avtosalonda təqdim edilib.  Corvette ZR1 modelinin kapotu altında 766 at qüvvəsi və 969 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki qiraşdırılıb. LT5 indeksini almış güc aqreqatı Corvette Z06 modelinin LT4 mühərrikinin əsasında yaradılıbdır. Mühərrik kombinə edilmiş çiləmə sisteminə (yanacağın çilənməsi həm giriş kollektoruna, həm də silindrə aparılır), təkmilləşdirilmiş interkulerə, gücləndirilmiş dirsəkli vala və həcmi 2,6-litrə qədər yüksəldilmiş Eaton kompressoruna sahib olub. Giris sistemi aktiv çəpərciklərlə təchiz edilibdir.

Güc aqreqatı iki növ ötürmələr qutusu ilə təchiz edilə bilər: sifarişçlər yeddi pilləli mexaniki və səkkiz pilləli avtomatik ötermələr qutusu arasında seçim edə bilərlər.

Ron Pratın Ford GT superkarı

Corvette ZR1 modelinin köndələn ressorlardan ibarət asqı sistemi prinsipcə dəyişməz olaraq qalır. Lakin, asqı sisteminin tənzimləmələrinə yenidən baxılmış və elektronika ilə idarələnən Magnetic Ride amortizatorları əlavə edilmişir. Standart olaraq kupe karbon-saxsı əlyəc mexanizmləri və 20-düymlük təkər diskləri ilə də təchiz edilir.

Chevrolet Corvette ZR1 modeli yanaşı hərraca cari nəsil Fort GT superkarı da çıxarılacaqdır. Avtomobilin satışlarından əldə edilən vəsait xeyriyyə məqsədlərinə yönəldiləcəkdir. Superkarı amerikalı multimillioner Ron Prat təqdim edib. O, Pratte Development Co.Inc. inşaat şirkətinin banisi və rəhbəridir. Xatırladaq ki, Ford şirkəti GT modelinin təkrar satışına qadağa qoyub.

Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt