Genovation Cars şirkəti yenilənmiş GXE superkarını Las-Veqasda keçirilən CES 2018 İstehlak elektronikası sərgisində təqdim edib.

Elektrokarın Chevrolet Corvette modelinin bazasında inşa edilən seriya variantı iki elektromotor və invertorla təchiz edilir. Güc qurğusu yeddi pilləli mexaniki və ya iki muftalı roborlaşdırılmış ötürmələr qutusu ilə birlikdə çalışır. Elektrik güc qurğusu 800 at qüvvəsi və 949 Nm fırlanma anı hasil edir. Yerindən 100 km/saat həddinə Genovation GXE modeli üç saniyəyə sürətlənir və 354 km/saat maksimal sürətə malikdir.

Elektromobilin standart rejimdəki gediş ehtiyatı 281 kilometr təşkil edir. Yeni güc qurğusu ilə birlikdə superkar bir neçə yeni kuzov elementlərini də əldə edib. Buna misal olaraq, arxa bamperə quraşdırılan diffuzoru və iri arxa antiqanadı göstərmək olar. Superkar Brembo istehsalı olan karbon-saxsı əyləc mexanizmlərinə, işıqdiodlarından hazırlanmış fənərlər və Harman səs sisteminə sahib olub.

Image alt Image alt Image alt Image alt