Land Rover ilk yolsuzluq avtomobilini bərpa edəcək

Land Rover şirkəti 1948-ci ildə Amsterdam avtosalonunda nümayiş etdirdiyi il ofroderinin üç prototipindən birini bərpa etmək niyyətindədir. Defender ailəsinin əsasını qoyan avtomobilin bərpa edilməsi britaniya istehsalçısının 70 illik yubileyinə həsr edilib.

Land Rover şirkətindən bu lahiyənin ən mürəkkəb və çətin bərpa lahiyəsi olduğu bildirilib. Bərpa işləri bir il davam etməlidir.Şirkət avtomobilin orijinal yaşıl rəngini və detallardakı paxırı qoruyub-saxlamaq, lakin kuzov panellərində alüminium detalları, sinklənmiş çassini və baqaj bölümünün çıxarılan detallarını əlavə etmək niyyətindədir. Ofroder yeni güc qurğusuna da sahib olacaqdır. Bu prototip britaniya markasının Solluhalldakı zavodunun yaxınlığında təsadüfən aşkar edilib.

Əvvəllər onun yeri naməlum idi – avtomobili son dəfə 1960-cı illərdə Niderlandda keçirilən avtosalonda görüblərmiş.

1980-ci ildə avtomobil bərpa lahiyəsi üçün satın alınsa da, sonradan bu işlər yarımçıq qalıb. Avtomobil tarixini araşdırmaq üçün mütəxəssislər bir neçə ay arxivdə işləyərək onun həqiqi mənşəyini sübut ediblər. Avtomobilin əvvəlki sahibləri onun bərpa prosesinə müşahidə etmək üçün dəvət olunublar.

ДРУГИЕ СТАТЬИ