Bentley Bentayga səkkiz silindrli benzin mühərrikinə sahib olub

Bentley şirkəti Bentayga modelinin güc aqreqatları çeşidini genişləndirib. Krossover 4,0-litrlik səkkiz silindrli benzin biturbo mühərrikinə sahib olub. Bu mühərrik eyni platformada inşa edilən Porsche Cayenne və dünyanın ən sürətli krossoveri olan Lamborghini Urus modellərində də quraşdırılır.

Bentley Bentrayga krossoverinin kapotunun altında yerləşdirilmiş mühərrik Porsche Cayenne modelindəkinə bənzər güc xarakteristikalarına malikdir. Mühərrik 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. Güc aqreqatı ZF firmasının səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.  Səkkiz silindrli mühərriki olan Bentayga 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir.

Bu Cayenne modelində olduğundan 0,6 saniyə çoxdur. Krossoverin maksimal sürəti 290 km/saatdır. İstehsalçı dolu yanacaq çəni ilə Bentley Bentayga modelinin 746 kilometr qət edəcəyini iddia edir. Qarışıq rejimdə krossover 100 kilometrə 11,4 litr yanacaq sərf edir. Yeni modifikasiya ilk dəfə olaraq opsional karbon-saxsı əyləc diskləri ilə də təklif ediləcəkdir. Krossover Lamborghini Urus modelində quraşdırılan əyləc mexanizmlərlə təchiz ediləcəkdir. 

Dünyanın ən iri əyləc mexanizmləri öndə 440 millimetrlik 10 porşenli, arxada isə 370 millimetrlik dörd porşenli əyləclərə sahibdir.

Krossoverin təchizatına elektromexaniki aktiv köndələn dayanıqlılıq stabilizatorları olan pnevmatik adaptiv asqı, adaptiv kruiz-kontrol, proyeksiya displeyi, gecə görüntü sistemi, arxa sərnişinlər üçün nəzərdə tutulmuş 10,2-düymlük 4G planşetləri olan multimedia sistemi və 1950 vattlıq Maim səs sistemi daxildir.

Azərbaycanda V8 mühərrikli Bentley Bentayga modelinə sifarişlər fevral ayından başlayaraq qəbul ediləcəkdir.

Yeni modifikasiyanın qiyməti açıqlanmayıb.

ДРУГИЕ СТАТЬИ