Land Rover şirkəti Defender modelinin 70 illik yubileyinin şərəfinə V8 mühərriki və avtomatik ötürmələr qutusuna sahib olan modifikasiyasını hazırlayıb. İstehsalçı 150 ədəd belə avtomobil buraxmağı planlaşdırır.

Ofroder 405 at qüvvəsi və 515 Nm fırlanma anı hasil edən beş litrlik səkkiz silindrli atmosfer mühərriki və ZF frmasının idman rejiminə malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusunu əldə edib. Yerindən 60 mil/saat (96 km/saat) hərrində qısabazalı ofroder 5,6 saniyəyəı sürətlənir. Onun maksimal sürəti isə 170 km/saatdır.

Müqayisə üçün adi Land Rover Defender modeli 122 at qüvvəli 2,2-litrlik dizel aqreqatı və altı pilləli mexaniki transmissiya ilə təchiz edilir.

Belə ofroder 100 km/saat sürətini 15,8 saniyəyə toplayır.

Yeni mühərriklə yanaşı “bərkgedən” Defender  daha güclü əyləc mexanizmlərinə (öndə 335-millimetrlik, arxada 300-millimetrlik),yenidən tənzimlənmiş asqı sistemi, yeni yaylar və amortizatorlara, köndələn dayanıqlılıq stabilizatorlarına, 265/65 ölşülü şinləri olan 18-düymlük təkər disklərinə yiyələnib. Ofroder tam çəkişlidir və aşağı pillələr cərgəsinə, oxlararası differensialın qapanmasına və iki təkərlərarası differensiala sahibdir. Ən güclü “Müdafiəçi” təkər bazasının iki variantı, səkkiz kuzov rəngi, işıqdiodlarından fənərlər, Recaro kresloları, dəri salon və naviqasiya ilə təklif edilir.

Avtomobilin satış qiyməti 150 min funt-sterlinq olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt