Datsun markası özünün ilk krossoverini təqdim edib. Datsun Cross adlandırılmış avtomobilin təqdimatı İndoneziyada keçirilib. Bu krossover yapon markasının İndoneziya bazarında üçüncü, qlobal model xəttində isə altıncı avtomobildir.

Yeni krossoverin qabarit uzunluğu 3995 millimetr, eni 1670 millimetr, hündürlüyü isə 1560 millimetrdir. Avtomobilin təkər bazasının uzunluğu 2450 millimetrdir. Modelin klirensi 200 millimetrdir ki, bu da Go+ modelində olduğundan 30 millimetr çoxdur.

Datsun Go+ modelinin bazasında inşa edilən Coss modeli metal elementləri olan qara plastikdən müdafiə panellərinə və altlığın gücləndirilmiş müdafiəsinə sahib olub. Datsun Cross modeli 68 və 78 at qüvvəsi hasil edən 1,2-litrlik üç silindrli atmosfer mühərriki ilə təchiz edilir. Ən zəif mühərrik mexaniki, ən güclü variant isə variatorla birgə çalışır. Hər iki mühərrikin fırlanma anı 104 Nm-dir.

Cross krossverinin təchizatına stabilizasiya sistemi, ABS, əyləc gücünün paylanması sistemi və trekşn-kontrol daxildir.

Xüsusi olaraq İndoneziya bazarı üçün yaradılmış avtomobili Qərbi Yavanın Purvakarta şəhərində istehsal edəcəklər. Datsun Cross modelinin qiyməti 163 milyon indoneziya rupisi (18 min manat) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt