Mazda şirkəti Toyota pilotsuz nəqliyyat vasitələri üçün rotor mühərrikləri hazırlayacaqdır. Bu barədə məlumatı Bloomberg agentliyinə Mazda şirkətinin amerika nümayəndəliyinin başçısı Masahiro Moro söyləyib. Xatırladaq ki, 2012-ci ildən yapon istehsalçısı belə mühərriklərin istehsalını dayandırıb.

Yığcam və yüngül çəkili rotor mühərrikləri pilotsuz nəqliyyat vasitələrinin generatoru rolunun oynayacaq və onların yürüş məsafəsini artırmağa xidmət edəcəkdir. Bənzər sxemə BMW i3  elektrokarında rast gəlmək olar. Şirkətdən yeni mühərriklərin səssiz və titrəyişsiz işləyəcəyini də bildiriblər.

Mazda şirkətinin rotor mühərriklərinin tətbiq variantlarından biri kimi Toyota şirkətinin Las-Veqasda keçirilən istehlak elektronikasının sərgisi çərçivəsində nümayiş etdirilən e-Palette pilotsuz platforması olacaqdır. Toyota e-Palette yapon istehsalçısının işgüzar tərəfdaşları ümün hazırladığı mobil ekosistemin tərkib hissəsidir.