General Motors konserninin sabiq vitse-prezidenti Bob Luts Tesla şirkəti müflis olduqdan sonra, Tesla Model S sedanının “kolleksiya dəyəri” olan avtomobilə çevriləcəyini bildirib. Onun bu bəyanatı Los Angeles Times nəşri tərəfindən dərc edilib.

“25 ildən sonra Tesla Model S modelini yaxşı görünüşə və yüksək sürətə malik olan ilk elektrik avtomobili kimi xatırlayacaqdırlar. İnsanlar “heyif ki onlar müflis oldular” deyəcəkdirlər”, - Luts bəyan edib. 

Biznesmen kolleksiyaçılara hələ ki istehsal edilən bu avtomobili əldə etməyi tövsiyyə edib. Bob Luts  ilk dəfə deyildir ki, Tesla şirkətini tənqid atəşinə tutur. Keçən il o elektrokar istehsalçısının zərərlə işləyən müəssisə olduğunu bildirərək, onun 2019-cu ilə çıxmayacağını söyləmişdir. Lutsun sözlərinə görə, marka kapitalını sürətlə xərcləyir. O, Semi yük avtomobilinə və Roadster kupesinə öncədən sifarişlərin yığılmasının  daha çox əlavə vəsaitin əldə edilməsi cəhdindən başqa bir şey olmadığını da vurğulayıb. Biznesmen Model S sedanının istehsalına çəkilən xərclərin onun satışından əldə edilən gəliri üstələdiyini bildirib.

Tesla Motors şirkətinin hazırki kapitallaşması 58 milyard dollar təşkil edir.

Tesla Model S