Bu gün Land Rover şirkəti Range Rover SV Coupe adlandırdığı üçqapılı dəbdəbəli ofroderin ilk tizerini dərc edib. Yayılan tizerdə, mart ayında keçiriləcək Cenevrə avtosalonunda geniş kütlə qarşısına çıxacaq dəbdəbəli ofroderin salonu təsvir edilibdir.

Dərc edilən fotoşəkildən də göründüyü kimi, yeni ikiqapılı ofroder dörd sərnişin oturacağı olan geniş salona malik olacaqdır.  Tərtibatında yüksək keyfiyyətli ağ və mavi dəridən istifadə edilən salonun ön hissəsindən başlayaraq  sonuna qədər, təbii ağacdan hazırlanmış şponla örtülmüş mərkəzi tonnel uzanır. Bundan başqa, salonda dörd fərdi oturacaqlar quraşdırılmışdır ki, öndəki kreslolar yüksək ağ, arxadakı kreslolar isə mavi dəri ilə üzlənibdir.   

Cəsus fotoşəkillərindən də göründüyü kimi, Range Rover SV Coupe modeli dördapılı siluetə malik olsa da,  əslində avtomobil iri ölçülü ön qapılarla təchiz ediləcəkdir. Avtomobilin istehsalı Jaguar Land Rover alyansının xüsusi sifarişlər ilə məşğul olan Special Vehicle Operations (SVO) bölümünə həvalə olunacaqdır. Əl ilə yığılacaq dəbdəbəli ofroder 999 nüsxədən ibarət məhdud saylı tirajla istehsal ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt