Tesla şirkəti İlon Maska əmək haqqı ödəməkdən imtina etmək qərarına gəlib. Marka rəhbərinin yeni həvəsləndirmə strategiyasına əsasən, maliyyə göstəriciləri planlaşdırıldığına uyğun olduğu halda Mask mükafat alacaqdır.

“İlon fəaliyyət müddətində  verilən təminatlı mükafat – nə əmək haqqı, nə mükafat, nə də ki səhm, - almayacaqdır”, – Tesla şirkətinin xəbərində bildirilib. Həvəsləndimə proqramı 10 müddətinə hesablanmışdır və 12 tranşdan ibarətdir. Onlardan hər biri dövriyyədə olan səhmlərin 1 faizidir. Mask şirkətin bazar kapitallaşmasını 59-dan 100 milyard dollara qədər artırmalıdır.

Hər bir növbəti tranş kapitallaşma 50 milyarda çatanda Maska təqdim ediləcəkdir. Beləliklə, planlaşdırılmış mükafatı almaq üçün biznesmen şirkətin kapitalını 650 milyard dollara çatdırmalıdır. Yeni sistem Maskın uzun müddət şirkətin başında qalmasını təmin etməlidir. Bununla belə, markanın başçısı vəzifəsinə Maska hesabat verən digər şəxsin təyin edilməsi də mümkündür. Lakin, hadisələrin belə inkişaf edəcəyi gözlənilmir. Bu mükafatlandırma sistemi səhmdarların təsdiqindən sonra qüvvəyə minəcəkdir. Forbes nəşrinin məlumatlarına görə Maskın varidatı 14 milyard dollar təşkil edir.

Əvvəllər mətbuatda Tesla şirkətinin 1 saatda 480 min dollar xərclədiyi bildirilmişdir. Ekspertlərin proqnozuna görə, bu templə şirkətin ehtiyatları bu ilin avqustunda tükənə bilər. Keçən ili şirkət rekord ziyanla başa vurub.