Nissan şirkəti avtonom idarəetmə sahəsində olan yeniliklərdən istifadə edərək yapon mehmanxanasını pilotsuz başmaqlar, masa və yastıqlarla təchiz edib. Bunun üçün şirkət ProPilot Park parklanma köməkçisində istifadə edən texnologiyanı uyğunlaşdırıb.

İlk dəfə avtomatik parklanma sistemi yeni nəsil Nissan Leaf elektrokarında təqdim edilib. Ultrasəs vericilərinin və kameraların köməkliyi ilə sistem ətrafdakı obyektləri aşkar edərək sərbəst şəkildə avtomobili duracağa qoyur.

Analoji iş rejiminə Nissan mehmanxanasındakı əşyalar da malikdir. Əgər onlardan istifadə edilmirsə, xüsusi düyməyə basmaqla  başmaq və yastıqlar sərbəst olaraq əvvəlcədən müəyyən edilmiş yerlərinə qayıdırlar.

2016-cı ildə Nissan sərbəst şəkildə növbətə hərəkət edən stulların sınağını keçirib. Hesab edilir ki, bu yenilik restoranlarda növbə gözləməni yorucu etməyəcəkdir. «Ağıllı» kreslolar ara məsafəsini saxlamaq və növbədəki hərəkətə nəzarət etmək iqtidarındadırlar.