Kia şirkəti Ceed hetçbekinin üçüncü nəslinin dizaynı əks etdirilən rəsmi təsvirini dərc edib. Yeni hetçbekin debütü mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

Modelin işlənib-hazırlanması ilə Kia şirkətinin avropa ofisi məşğul olub. Beşqapılı modelin dizaynı Frankfurt şəhərində yerləşən mərkəzdə yaradılıbdır. Kia Ceed modelinin üçüncü nəslinin texniki təfərrüatları açıqlanmayıb.

Koreya istehsalçısı avtomobilin adını dəyişəcəyini də təsdiq edib. Əvvəllər model c’eed kimi tanınsa da, yeni model Ceed adlandırılacaqdır. Modelin carçısı olan Proceed konsepti keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilmişdir.

Kia Proceed Concept