İlon Maska məxsus olan SpaceX şirkəti Falcon Heavy raket-daşıyıcısının uğurlu buraxılışını həyata keçirib. “Çəki kütləsinin simulyatoru” olaraq raketin içində Tesla Roadster elektrokarı yerləşdirilib. Bu avtomobilin sükanı arxasında skafandr geyinmiş maneken yerləşdirilib. Uçuş zamanı avtomobildə Dəvid Bouinin Space Oddity mahnısı səsləndirilib.

Raketin Kanaveral burnunda qalxmasından sonra, onun iki yan sürətləndiriciləri sinxron şəkildə yerə eniblər. Buna baxmayaraq, Falcon Heavy raketinin mərkəzi sürətləndiricisi Atlantik okeanındakı üzən platformaya enən zaman  qəzaya uğrayıb. Qəzanın səbəbi kimi, iki mühərrikin sıradan çıxması göstərilib. Tesla Roadster yüklənmiş Falcon Heavy raketi Mars istiqamətində uçuşuna davam edəcəkdir. Lakin, o planetin yanından keçərək, Mars ilə Yupiterin arasında yerləşən kosmik obyektlər yığını olan asteriodlər qurşağına doğru uçacaqdır. Hazırda elektromobilin multimedia sisteminin ekranında bu zaman “Don’t panic!” (“Qorxma”) kəlməsi yazılıbdır.

Falcon Heavy “Appolon” missiyası üçün istifadə edilən Saturn-5 raketindən sonra buraxılan ən güclü raketdir. O, orbitə 64 ton faydalı yükü qaldıra bilər. Raket-daşıyıcı 2268 ton dartma qüvvəsi hasil edən 27 ədəd Merlin mühərriki ilə təchiz edilibdir.