McLaren şirkəti Senna hiperkarı haqqında ətraflı məlumatla bölüşüb. Cəmi 500 ədəd avtomobil buraxılacaqdır. Əl ilə yığılacaq hər bir avtomobilin istehsalına 300 saat gərəkdir. Yeni hiperkarın kütləvi debütü mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Bununla belə, McLaren Senna modelini almaq mümkün deyildir - bütün avtomobillər öncədən sifariş ilə satılıbdır.

800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik biturbo V8 mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilən superkar 100 km/saat həddini 2,8 saniyəyə, 200 km/saat həddini isə 6,8 saniyəyə toplayır. Dreq məsafəsini qət etməyə Senna 9,9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 340 km/saatdır. Müqayisə üçün eyni sürətlənmə zamanlarına McLaren P1 hidridi də malikdir.

Yalnız hibrid superkarın maksimal sürəti 350 km/saatdır.

McLaren Senna britaniya istehsalçısının F1 modelindən sonra ən yüngül modeli sayılır. Hiperkar 1198 kiloqram çəkiyə malikdir. Belə yüngül çəkiyə avtomobilin konstruksiyasında karbondan geniş istifadə edilməsi sayəsində nail olunub. Məsələn, avtomobilin ön qanadı 620 qram, iri arxa antiqanadı isə 4,87 kiloqram çəkiyə malikdir. Bununla belə, antiqanad öz çəkisindən 100 dəfə çox ağırlığa dözmək iqtidarındadır.

Avtomobilin gücünün çəkisinə olan münasibəti bir tona 668 at qüvvəsi təşkil edir. Sportkar aktiv hidravlik asqı, aktiv aerodinamika, inokel və titandan hazırlanmış buraxılış sistemi, karbon-saxsı əyləc diskləri, həmçinin xüsusi olaraq bu model üçün hazırlanmış Pirelli P Zero Trofeo R şinləri ilə təchiz edilir. Böyük Britaniyada McLaren Senna 750 min funt-sterlinq qiymətləndirilib. Artıq qeyd etdiyimiz kimi avtomobilin bütün nüsxələri satılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt