Bu gün internet şəbəkəsində yeni nəsil Kia Ceed modelinin interyerinin cəsus şəkili peyda olub. Yeni hetçbekin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Təsvirlərdən göründüyü kimi, növbəti nəsil Ceed hetçbeki tamamilə yeni interyerə sahib olacaqdır. Avtomobil yeni sükan çarxını, iki “quyusu” olan cihazlar panelini, multimedia sisteminin iki sensorlu displeyi olan mərkəzi konsolu və iqlim sisteminin yeni blokunu əldə edib. İnteryerin tərtibat materialları da daha keyfiyyətli olmalıdır.

Bir müddət bundan əvvəl istehsalçı yeni modelin ilk tizerini dərc edib. Modelin işlənib-hazırlanması ilə Kia şirkətinin avropa ofisi məşğul olub. Beşqapılı modelin dizaynı Frankfurt şəhərində yerləşən mərkəzdə yaradılıbdır. Kia Ceed modelinin üçüncü nəslinin texniki təfərrüatları açıqlanmayıb.

Koreya istehsalçısı avtomobilin adını dəyişəcəyini də təsdiq edib. Əvvəllər model c’eed kimi tanınsa da, yeni model Ceed adlandırılacaqdır. Modelin carçısı olan Proceed konsepti keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilmişdir.

Image alt Image alt Image alt