Toyota şirkəti Çikaqoda keçirilən avtosalonda ekstremal TRD Pro yolsuzluq xəttindən olan yenilənmiş yolsuzluq avtomobillərini təqdim edib. Bu xəttə Tacoma, Tundra pikapları və 4Runner ofroderi daxildir.

Hər üç model Fox firmasının məhsulu olan yeni baypas amortizatorlarına sahib olub. Bu amortizatorlar, sərtliyi tənzimləyən öncədən buraxılış klapanları olan ənənəvi xarici dövrələmə boruların əvəzinə amortizatorun gövdəsinə quraşdırılmılş borulara malik olan sistemdən istifadə edilir. Hər bir amortizatorda bir neçə öncədən buraxılış zonası mövcuddur ki, bu zonalar da sıxılma və qaytarma xarakteristikalarını müxtəlif yol şəraitinə uyğun olaraq tənzimləyir. Bundan başqa, amortizatorlar çıxarıla bilən rezervuarlarla təchiz edilibdir.

Tacoma və Tundra modelləri xüsusi olaraq ağır yolsuzluq şəraiti üçün yaradılmış ressorlarla təchiz edilir. Toyota 4Runner isə gücləndirilmiş yaylara sahib olub. Tundra modelində öndə 11 öncədən buraxılış sistemi olan amortizatorlardan istifadə edilir ki, bu zonaların yeddisi sıxılmaya dördü isə qaytarmağa cavabdehdir.

Arxa amortizatorlardakı zonaların sayı on ikidir ki, bunlardan səkkizi sıxılmaya, dördü isə qaytarmağa cavabdehdir. Ön tərəfdəki klirens 51 millimetr, asqının gedişi 38 millimetr artırılıb. 

Arxa asqının gedişi 51 millimetr artırılıb. Bundan başqa, pikap 275/65 ölçülü Michelin şinləri olan 18-düymlük BBS təkər disklərini, yeni radiator barmaqlığına, əlavə hava girişləri olan kapota, “tündləşdirilmiş” arxa fənərlərə və işıqdiodlarından duman fənərlərinə sahib olub.

Toyota Tacoma TRD Pro modelinin amortizatorları öndə səkkiz, arxada isə öncədən buraxılış zonalarına sahibdir. Avtomobilin klirensi və təkər izi 25 millimetr artırılıb. Pikap şnorkelə, daha iri ön köndələn stabilizatorlarına, altlığın gücləndirilmiş müdafiəsinə, 16-düymlük təkər disklərinə və yan tərəfləri kevlarla gücləndirilmiş Goodyear şinlərinə sahib olub.

Toyota 4Runner TRD Pro modelinin amortizatorları öndə yeddi, arxada isə 11 öncədən buraxılış zonalarına sahibdirlər. Avtomobil ön tərəfdəki klirensi və asqısının gedişi 25 millimetr artırılıb.  Ofroder Nitto Terra Grappler şinləri olan 17-düymlük təkər disklərini və damdakı baqajı əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt