PSA Peugeot Citroen ittifaqının tabeçiliyinə keçmiş Opel şirkəti xüsusi “qara” seriyasından olan avtomobilləri buraxacağını bəyan edib.

Bir müddət bundan əvvəl, alman istehsalçısı “qara gözəldir” şüarı altında Crossland X və Grandland X modellərinin qara rəngli tərtibat elementləri olan xüsusi seriyasını təqdim etmişdir. Bu gün isə, növbə Astra modelinə də çatıb. “C” seqmentina aid olan hetçbek qara rəngə boyanmış dama, yan güzgülərə və 17-düymlük təkər disklərinə sahib olub. “Qara” tərtibat dəsti On, Dynamic, Innovation və Ultimate təchiz səviyyəsinə malik olan avtomobillər üçün əlçatandır. Üstəlik, bu opsiya gülünc bir qiymətə 300 avroya təklif edilir.

Lakin, qara tərtibat dəsti təkcə Astra modeli üçün təklif edilmir.

Mokka X, Corsa və Adam modelləri üçün də qara tərtibat dəstini sifariş etmək olar. Mokka X Colour Innovation Edition modeli qara rəngli dam, güzgü gövdələri, şüşə haşiyələri ilə yanaşı, qara rəngə boyanmış 18-düymlük təkər disklərinə də sahib olacaqdır.

Qeyd etmək lazımdır ki, qara tərtibat dəsti Ampera-e hibridi, Cascada kabrioleti və Karl superminisı üçün təklif edilmir .