Ford və Lego şirkətləri 1968-ci ilin Mustang yarış kupesinin modelini buraxıblar. Yeni oyuncaq Speed Champions kolleksiyasının bir hissəsi olacaqdır.

Yığma dəsti 183 detaldan ibarətdir. Bu dəstin tərkibinə klassik kostyum geyinmiş yarışçı fiquru, yapışdırmalar və yarış məsafəsini qət etmə barədə vaxt göstərən lövhəçik daxildir. Yığma dəstinin  satışlarına 1 mart tarixindən başlanacaqdır. Bir dəstin satış qiyməti 14,99 dollar olacaqdır.

Bu tərəfdaşların birikdə buraxdığı ilk yığma dəsti deyildir. Bir müddət bundan öncə, Lego şirkəti cari nəsil Mustang kupesinin və F-150 Raptor pikapının yığma dəstlərini təqdim etmişdir. Bu dəstlər Speed Master xəttiə daxil olublar. Hazırda Speed Champions dəstində son nəsil Ford GT və GT40 modelləri də vardır.

Image alt Image alt Image alt Image alt